Slimfit
  1. CƏMİYYƏT

Dollarda koronavirus riski - Baş infeksionistdən xəbərdarlıq

Dollarda koronavirus riski - Baş infeksionistdən xəbərdarlıq
Sakura

Dollarda koronavirus riski - Baş infeksionistdən xəbərdarlıq

Bir müddət əvvəl Federal Ehtiyatlar Sistemi Asiya ölkələrindən gələn dollarları 10 günlük karantində saxlamağa qərar verib. Səbəb isə bu valyutanın koronavirusa yoluxma riskini artırması ilə bağlıdır.

Mövzu ilə bağlı MediaPosta danışan respublikanın Baş infeksionisti Cəlal İsayev bildirib ki, ümumiyyətlə, pullar bu pandemiyaya yoluxma riskini artırır.

“Koronavirusa yoluxma riski pullar üçün də keçərlidir. İnsanlar digər əşyalar vasitəsilə koronavirusa necə yoluxa bilirsə, bu əskinaslar vasitəsilə də baş verə bilər. Bu o qədər də epidemioloji rol oynamır. Amma hər halda insanlar ehtiyatlı olmalıdır. Dollar alıb-verəndə nəzərə almaq lazımdır ki, bu pul min ələ dəyir. Ona görə də pul alıb-verərkən əlləri dezinfeksiya etmək və 15-20 saniyə yumaq lazımdır.

Koronavirus nəinki pul vasitəsilə, hətta başqasının telefonundan, kompüterindən, qapı dəstəklərindən ictimai nəqliyyatdakı tutacaqlardan istifadə etdikdən sonra əllərimiz ağzımıza, gözümüzə və ya burnumuza vurmamalıyıq. Əlləri yumaqda fayda var. Amma spirtlə dezinfeksiya daha effektivdir. Çünki spirt məhlulu ilə bu virusu 70 faiz əllərdən təmizləmək mümkündür”.

Baş infeksionist insanları koronavirus məsələsində diqqətli olmağa çağırıb:

Dollarda koronavirus riski - Baş infeksionist danışdı

“Koronavirus öldürücü bir virus deyil, adi respirator virus infeksiyası tipində keçən bir xəstəlikdir. Sadəcə olaraq yanaşı gedən xəstəliyi olan insanlarda, yaşlı adamlarda bu xəstəlik nisbətən ağır keçir. Bu xəstəliyi törədən viruslar yeni müəyyən olunub. Gələcəkdə bu pandemiyanın özünü necə aparacağı ilə bağlı kifayət qədər məlumatlı deyilik. Dövlət virusun yayılmasının qarşısının alınması istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Cəmiyyət də bu məsələdə bizə dəstək olmalıdır. İmkan dairəsində xarici səfərlərdən çəkinmək, gigiyena qaydalarına əməl etmək lazımdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR