Slimfit
  1. DÜNYA

Dollar "Tramp"dan sonra ucuzlaşır

Dollar "Tramp"dan sonra ucuzlaşır
Sakura

Dollar "Tramp"dan sonra ucuzlaşır

ABŞ Prezidenti Donald Tramp Dolların güclü olmasından və Fed-in faiz artırmasından narahat olduğunu dilə gətirib. Tramp, "Güclü Dollardan və Fed-in faiz artımlarından məmnun deyiləm" deyib. Prezidentin açıqlamasından sonra Dollar ucuzlaşmağa başlayıb.

 
"Marja" xəbər verir ki, Donald Tramp "CNBC"yə verdiyi müsahibəsində güclü Dolların ABŞ-ı əlverişsiz vəziyyətə saldığını bildirib və Çinin valyutası Yuanın sərt bir şəkildə düşdüyünü qeyd edib.
 

Güclü pul vahidi, ölkənin ixracını daha bahalı hala gətirir.

 
Eyni zamanda Tramp, Fed-in faiz artırmasına dair narazılığını da dilə gətirib. Onun sözlərinə görə, artan faizlər borc almağı bahalaşdırır, ABŞ iqtisadiyyatının rəqabət qabiliyyətini aşağı salır və ləngidir. Tramp qeyd edib ki, artan faizlər iqtisadi islahatlarının təsirlərini azaldır. 
 

Sonra  Ağ Ev tərəfindən verilən açıqlamada Prezidentin Mərkəzi Bankın müstəqilliyinə hörmətlə olduğunu və pul siyasəti qərarına müdaxilə etmədiyi qeyd olunub.


Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Dollar İndeksi 0.04 faiz düşərək 95.128 bənd olub. Yen qarşısında 0.11% geriləyən dollar 112.35 səviyyəsindən əməliyyat olunub. Avro/dollar məzənnəsi 0.1 faiz qalxaraq 1.1661 səviyyəsindən alıcı tapıb (Avro bahalaşıb, Dollar ucuzlaşıb).

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR