Slimfit
  1. CƏMİYYƏT

Doktoranturaya qəbulla bağlı şad xəbər - Ekspert

Doktoranturaya qəbulla bağlı şad xəbər - Ekspert
Sakura

Doktoranturaya qəbulla bağlı şad xəbər - Ekspert

Bundan sonra MBA (Master of Business Administration) üzrə magistr diplomları ilə doktorantura təhsilini davam etdirmək mümkün olacaq.

Axar.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. Ekspert bildirib ki, bir neçə il idi MBA proqramı üzrə magistr dərəcəsini bitirənlərin diplomlarında doktoranturaya qəbul edilmə hüququ məhdudlaşdırılmışdı:

“MBA üzrə magistratura təhsilini başa vuran tələbənin diplomuna “Bu diplom müvafiq ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas verir” hüququ verilməsi qeyd edilirdi. Yəni ancaq işləmək üçün yarayırdı. Amma bundan sonra MBA üzrə magistr diplomlarında “Bu diplom doktoranturada təhsili davam etdirmək və müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas verir” hüququ da qeyd ediləcək”, - K.Əsədov qeyd edib.

Ekspertin sözlərinə görə, hətta əvvəlki illərdə də MBA üzrə magistratura təhsilini başa vuran şəxslər doktorantura təhsili ala bilərlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR