Slimfit
  1. MARAQLI

Doğru həyat yoldaşı uğura aparan yoldur

Doğru həyat yoldaşı uğura aparan yoldur
Sakura

Doğru həyat yoldaşı uğura aparan yoldur

Artıq elm adamları araşdırmalar nəticəsində doğru həyat yoldaşı seçməyin insanları uğura aparan əsas amillərdən biri olduğunu təsdiqləyib.

Qafqazinfo” xəbər verir ki, Karneqi Mellon Universitetində aparılan bir araşdırmaya görə, həyat yoldaşları dəstək olan qadın və ya kişilər işlərində daha uğurludur. Təcrübədə iştirak edən 163 cütlüyə asan bir tapmacanı həll etmək və ya çətin sınaqdan keçib mükafat qazanmaq arasında seçim etmək təklif olunub. Təklifin ardından tədqiqatçılar cütlüklərin qərar verərkən bir-birləri ilə necə ünsiyyət qurduqlarını izləyiblər və qeydlər aparıblar. Bir-birlərini həvəsləndirən və mükafat qazanmaq üçün dəstəkləyən cütlüklərlə yanaşı həvəssiz, bir-birinə qarşı güvənsiz cütlüklər də olub. Tədqiqatçılar 6 ay sonra yenidən eyni cütlüklərlə görüşdükləri zaman mükafatı seçən cütlüklərin daha çox inkişaf etdiyini və xoşbəxt olduqlarını görüb.

Məşhurlar müsahibələrində tez-tez həyat yoldaşlarını misal göstərərək uğurlarını həm də onlara borclu olduğunu söyləyir. Məsələn, feysbukun yaradıcısı Mark Zukerberq 2017-ci ildə Harvarddakı çıxışında, həyat yoldaşı Prisçillanın ona ilham verdiyini və həyatındakı ən əhəmiyyətli insan olduğunu söyləmişdi. Eləcə də məşhur müğənni Beyons həyat yoldaşının bir çox istiqamətdə onun dəstəkçisi olduğunu, hətta onunla evli olmasa, bu qədər uğur qazana bilməyəcəyini açıqlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR