Dərc edildi: Baxış sayı: 664
Dodon: Putin heç kimi cəzalandırmır, lakin heç nəyi də unutmur
Rusiya Prezidenti Vladimir Putin heç kimi cəzalandırmır, lakin edilən hərəkətləri də unutmur.
“RİA Novosti” xəbər verir ki, bu sözləri Moldova Prezidenti İqor Dodon deyib.
Onun sözlərinə görə, sözügedən hal Putinin özünəməxsus cəhətidir.
Dodon Putinin, üzərindən on il keçməsinə baxmayaraq, Moldova-Rusiya münasibətləri tarixində yer tutan müəyyən hadisələrlə bağlı ən kiçik detalları belə xatırlamasının onu heyrətləndiyini vurğulayıb.
Dodon, həmçinin qeyd edib ki, Rusiya lideri ilə hər görüşdə istənilən çətin mövzunu açıq şəkildə müzakirə edə bilir. Bu isə tez bir zamanda qarşılıqlı anlaşmaya nail olmaq və müxtəlif problemlərə həll yolu tapmağa yardım edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət