Slimfit
  1. AZƏRBAYCAN

Dneprdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən tədbir keçirilib

Dneprdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən tədbir keçirilib
Sakura

Dneprdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən tədbir keçirilib

Ukraynanın Dnepr şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə ölkəmizin Ukraynadakı səfirliyinin diplomatları, vilayətin dövlət və hökumət rəsmiləri, yerli deputatlar, diaspor fəalları iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının sədri Nəcəf Əhmədov 27 il bundan əvvəl dövlət müstəqilliyini bərpa edən Azərbaycanın beynəlxalq arenada əldə etdiyi yüksək nailiyyətlərdən söz açıb. Dövlət müstəqilliyimizin qorunub saxlanılmasında və dünya azərbaycanlılarının vahid məfkurə ətrafında birləşməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışan diaspor təşkilatının sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm iqtisadi, sosial islahatlardan bəhs edib.

Ölkəmizin Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov çıxışında, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən bəhs edərək bildirib ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Dnepropetrovsk vilayət rəsmiləri, diaspor rəhbərləri tədbirdə çıxış edərək Azərbaycan ilə Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açıblar.

Dnepropetrovsk vilayətində yaşayan soydaşlarımızın birlik və həmrəylik təntənəsinə çevrilən bayram konsertində Azərbaycanın və Ukraynanın tanınmış sənət ustalarının ifasında maraqlı konsert proqramı nümayiş etdirilib. Tanınmış səhnə ulduzlarının şən və həzin mahnıları tədbirə qatılanlara əsl bayram ovqatı bəxş edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR