Slimfit
  1. AZƏRBAYCAN

DMX rəisi Almaniya səfiri ilə görüşüb

DMX rəisi Almaniya səfiri ilə görüşüb
Sakura

DMX rəisi Almaniya səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Almaniya Federativ Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Volfqanq Maniq ilə görüşüb.
Qurumun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qonağı səmimi salamlayan Vüsal Hüseynov Azərbaycan ilə Almaniya arasında münasibətlərin uğurla inkişaf etdiyini, uzunmüddətli və səmərəli işgüzar əlaqələrin mövcudluğunu bildirib. 

Görüşdə miqrasiya sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR