Slimfit
  1. AZƏRBAYCAN

DMX Beynəlxalq Sülh Günü ilə əlaqədar Qubada seminar keçirib

DMX Beynəlxalq Sülh Günü ilə əlaqədar Qubada seminar keçirib
Sakura

DMX Beynəlxalq Sülh Günü ilə əlaqədar Qubada seminar keçirib

Hər il sentyabrın 21-i dünyada Beynəlxalq Sülh Günü kimi qeyd edilir. Bu münasibətlə Azərbaycanda avqustun 21-dən sentyabrın 21-dək Beynəlxalq Sülh Günü aylığı keçirilir. Dövlət Miqrasiya Xidmətindən SİA-nın Şimal bürosuna bildiriblər ki, Xidmət tərəfindən həyata keçiriləcək tədbirlərə dair təsdiq edilmiş plana uyğun olaraq, Xaçmaz regional miqrasiya idarəsinin xidməti ərazisi olan Quba rayonunda seminar keçirilib.

Seminarda əvvəlcə Beynəlxalq Sülh Gününün təsis olunmasının tarixindən, məqsəd və vəzifələrindən, BMT-nin bu istiqamətdəki fəaliyyətindən danışılıb. Bildirilib ki, 1982-ci ildən qeyd olunmağa başlayan bu əlamətdar gün BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə təsis edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan həmişə sülhsevər xalq olub və tarix boyu bu missiyasını dəfələrlə sübut edib. Vurğulanıb ki, bu gün dünyanın sülhə daha çox ehtiyacı var.

Sonra “Azərbaycan Respublikasında miqrantların əmək və ailə birləşməsi hüquqlarının təmini” mövzusunda məruzə təqdim olunub. Məlumat verilib ki, ötən illər ərzində miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası bir sıra beynəlxalq konvensiyalara qoşulub. Hazırda Azərbaycan digər ölkələrlə miqrantların sosial müdafiəsi sahəsində əməkdaşlıq əlaqələrini genişləndirir, birgə layihələr həyata keçirir. Əməkdaşlıq çərçivəsində miqrasiya sahəsində qabaqcıl və innovativ xarakterli təcrübələr öyrənilir.

Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR