Dmitriy Kiva: Azərbaycan yüksək texnologiyalı sahələrin inkişafına doğru keçidin zəruriliyini dərk edir
"Azərbaycan rəhbərliyi ölkənin gələcəyi, o cümlədən millətin intellektual inkişafı haqqında düşünür".
"Report" xəbər verir ki, bunu "Silk Way" aviaşirkətinin prezidentinin müşaviri Dmitriy Kiva Ukraynanın "Zn.ua" nəşrinə müsahibəsində bildirib.
"Mənə Azərbaycanda işləmək çox rahatdır, bura ailəm üçün də yaxşıdır. Mən bu ölkəyə və məni səmimiyyətlə qəbul etmiş insanlara həmişə minnətdar olacağam. Azərbaycan rəhbərliyi ölkənin gələcəyi, o cümlədən də millətin intellektual inkişafı haqqında düşünür. Azərbaycanda yüksək texnologiyalı sahələrin və istehsalın inkişafına doğru keçidin zəruriliyi dərk edilir, çünki neft və qaz ehtiyatları əbədi deyil. Bu hiss olunur", - o deyib.
D.Kiva vurğulayıb ki, Azərbaycan aviasiya sahəsini ciddi şəkildə inkişaf etdirmək niyyətindədir: "Azərbaycan bir qədər əvvəl çox ambisiyalı layihələrə qoşulub, hansılar ki idealda milli aviasiya sənayəsinin əsaslarını qoyaraq onun inkişafı üçün meydança olmalıdır. Bunlardan biri, sözsüz ki, 10 ədəd "An-178" təyyarələrinin tikintisinə dair Ukrayna ilə müqaviləyə baxılmasıdır. Azərbaycan "An-178" layihəsindən başqa, "An" seriyasına aid digər nəqliyyat vasitələri, ilk növbədə, "Аn-124 Ruslan", həmçinin digər markalı təyyarələr üzrə məsləhət xidmətlərində m
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət