Slimfit
  1. AZƏRBAYCAN

Dmitri Savelyev: "Prezident İlham Əliyev Azərbaycanı günbəgün inkişaf və firavanlaşma yolu ilə irəli aparır"

Dmitri Savelyev: "Prezident İlham Əliyev Azərbaycanı günbəgün inkişaf və firavanlaşma yolu ilə irəli aparır"
Sakura

Dmitri Savelyev: "Prezident İlham Əliyev Azərbaycanı günbəgün inkişaf və firavanlaşma yolu ilə irəli…

 Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. 

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz son dərəcə təcrübəli dövlət xadimi, səriştəli diplomat və müstəsna istedadlı siyasi xadim olaraq Azərbaycanı günbəgün inkişaf və firavanlaşma yolu ilə irəli aparırsınız. Sizin strateji düşünmək, qəbul olunmuş qərarları ardıcıl surətdə həyata keçirmək və xalqı inamla irəli aparmaq, Azərbaycan dövlətinin sabitliyini və dünya siyasi arenasında mövqelərini ilbəil möhkəmlətmək qabiliyyətiniz səmimi heyranlıq doğurur.

Sizə səmimi qəlbdən tükənməz enerji, möhkəm cansağlığı arzu edir, qardaş Azərbaycanın yeni qələbələri naminə bütün planlarınızın həyata keçməsini diləyirəm".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR