Dərc edildi: Baxış sayı: 1032
Dizdə duzlaşma niyə baş verir ? - Müalicəsi varmı?
Qonartroz və ya diz oynağı duzlaşması qığırdağın parlaq və hamar səthinin pozulması və buna bağlı oynaq funksiyasının tədricən itirilməsidir. Duzlaşmada qığırdaq yeyilməsi ilə bərabər menisklərdə yırtıqlar, oynaq ətrafında sümük çıxıntılar əmələ gəlir. Duzlaşan dizdə ağrı başlayır.Zaman keçdikcə oynaq hərəkəti məhdudlaşır və aşağı ətraflar əyilməyə başlayır.
Duzlaşma zamanı ağrılar əvvəlcə uzun müddət ayaq üstündə durduqda , yerimə sonrası yaranır. İstirahət etdikdən və ya bəsit ağrıkəsici qəbulu sonrası keçir.Zamanla ağrı daha qısa hərəkətlərdə yaranır və daha uzun çəkir.Bəsit ağrıkəsicilər təsir etməməyə başlayır.Xəstəlik ağırlaşdıqca ağrı davamlı olur və heç bir dərmanla keçmir. Ağrıyla birlikdə xəstələrin həyat standartları düşməyə başlayır. Öncə xəstələr uzun yürüyüşləri azaldırlar. Daha sonra alış-verişə çıxmaq və ya dost ziyarəti çətinləşir. Ən ağır vəziyyətdə xəstə öz günlük ehtiyaclarını belə etməkdə çətinlik çəkir.
Medicina.az ortoped-travmatoloq Rəşad Zeynalovun dizlərdə qonartrozun yaranması və müalicəsi ilə bağlı məsləhətlərini təqdim edir.
Diz oynağında duzlaşma diz qapağı altında , əsas oynaqda (bud və qamış sümüyü arasındakı oynaq) və ya hər ikisində ola bilər. Diz qapağı altındakı duzlaşmalarda xəstə düz yol yeriyərkən çox çətinlik çəkmədiyi halda, pilləkənləri çıxıb-düşərkən, oturub-çöməlib qalxarkən ciddi ağrılar yaranır.Əsas oynaqda duzlaşma zamanı ağrı daha çox ayaqda durduqda və ya yeriyərkən olur.
Duzlaşma proqressiv bir xəstəlikdir. Şikayətlər ara bir azalsa da illər içində xəstəlik getdikcə ağırlaşır.
Duzlaşma diaqnozu şikayətləriniz, fiziki müayinə və ayaq üstündə çəkilən rentgenlər yardımıyla həkiminiz tərəfindən qoyulur. Başlanğıc dönəmlərdə MRT də kömək edə bilər.Xəstələrin şikayətləri ilə rentgen görüntüləri hər zaman üst-üstə düşməyə bilər. Bəzən rentgen görüntüləri pis olan xəstənin ağrıları az ikən, çox şiddətli ağrıları olanların rentgenləri yaxşı görünə bilər.
Duzlaşmada Müalicə
Duzlaşmada müalicə xəstənin radioloji görüntülərinə görə deyil, şikayətlərinə görə aparılmalıdır. Xəstənin ağrısını keçirən və həyat standartını yüksəldən ən bəsit müalicə doğru müalicədir.
Başlıca tətbiq edilən müalicələr:
1.Arıqlamaq
Xəstənin arıqlaması dizə düşən yükləri azaltdığı üçün həm xəstəliyin irəliləməsini azaldır, həm də tətbiq edilən müalicə metodlarının effektini artırır. Arıqlamağın bir diyetiloq kontrolunda həyata keçirilməsi məsləhət görülür.Tətbiq edilən diyetlərdə uzun zaman içində yavaş-yavaş arıqlamaq uyğun görülür. Yaddan çıxarmayın, ayda 1 kilo arıqlamaqla 2 ildə 20 kilo verə bilərsiniz.Duzlaşma kimi uzun dönəmli bir xəstəlikdə buna yetərli qədər zamanınız vardır.65 yaş üstündə teorik olaraq diyet məsləhət görülmür.Ancaq ciddi tibbi kontrol altında yavaş arıqlama diyetləri istifadə edilə bilər.
2.Müalicəvi ginastika və yerimə
Dizdə duzlaşma olan xəstələr yürüyüşə çıxa bilər.Bu mövzuda bəzi həkimlər yürüyüşü qadağan etdiyi halda, bəziləri də məsləhət görür və xəstələr çaşbaş qalır. Burada ən önəmli xüsusiyyət ağrıdır.Yerimə əsnasında və sonrasında ağrı əmələ gətirməyən məsafələr qədər hər gün yeriyə bilərsiniz.Ağrınız olursa əsla inad etməyin.
Əgər idmanla məşğul olmaq istəyirsinizsə və yürüyüş zamanı ağrılar buna əngəl törədirsə salon velosipedləri çox effektiv gimnastika alətidir. Salon velosipedini seçərkən klassik velosipeddən fərqli olaraq pedalı öndə olanını seçin. Bu velosiped daha yaşlı xəstələr üçün əlverişlidir və eyni zamanda bel problemləri əmələ gəlmə ehtimalını azaldır.
3. Ağrıkəsici dərman müalicəsi
Ağrıkəsicilər dərman olaraq ilk tərcihdir. Parasetamol, aspirin kimi ağrıkəsicilər başlanğıcda çox effektiv olur. İƏQS dərmanlar düzgün tərcihdir və çox vaxtı xəstənin ağrısını kontrol altına alır. Ancaq bu dərmanların mədə üzərindəki yan təsirləri uzun müddətli istifadəsini əngəlləyir.
4. Kurort və isti tətbiqi
Dizdə şişmə yoxdursa duzlaşma olan xəstələr istisu, naftalan və isti tətbiqi kimi müalicələrdən fayda görə bilərlər. Dizdə ödem-şişkinlik varsa, və ya xəstə yanaşı ürək-damar , təzyiq xəstəliyindən əziyyət çəkirsə istisu, naftalan və isti tətbiqi kimi müalicələr tövsiyyə edilmir. Bunu əvvəlcə həkiminizlə məsləhətləşin.
5. Qlükozamin və Xondroitin preparatları
Qlükozamin və Xondroitin preparatları Son vaxtlarda qığırdaq yeyilməsinə bağlı oynaq problemlərində, yeni cərrahi texnikalarla birlikdə diyet populyar hala gəlmişdir. Qlukozamin təbii olaraq orqanizmdə var və oynaq qığırdağının xarakterini müəyyən edir və sağalmasını tənzimləyir.Xondroitin sulfat da orqanizmdə var olan və qığırdan əmələ gəlməsini blokada edən fermentləri azaldan bir maddədir.Bu maddələrin heyvanlardan əldə edilən preparatları geniş olaraq istifadə edilməyə başlanmışdır.
İnsanlar bunları duzlaşmaya bağlı şikayətləri azaltmaq üçün illərdir istifadə edir. Ağrını azaltmaqda və qığırdaq sağalması üzərində yararlı effekti müşahidə edildiyinə baxmayaraq, bu mövzuda kifayət qədər elmi araşdırma yoxdur. Ayrıca satılan preparatların çoxunun içində kifayət qədər maddə olmadığı da bir həqiqətdir.
6. Oynaq içi sürüşkənliyi artıran maddə inyeksiyası
Bu metod diz oynağı boşluğuna hialuron turşusu preparatlarının yeridilməsindən ibarətdir. Hialuron turşusu təbii olaraq oynaq mayesinin komponentlərindən biridir.Bu maddə oynaq səthini əmələ gətirən qığırdaqların bir-biri üzərində sürüşməsi və oynağa yük düşməsi əsnasında şok absorbsiyası funksiyasını yerinə yetirir.Hialuron turşusu preparatlarının oynaq içində qığırdaq əmələ gəlməsini artırdığı iddia edilir.Amma bu mövzudə ciddi sübutlar yoxdur.Duzlaşmada diz içində bu maddə normal sıxlığından aşağı səviyyələrə düşür.Bu mayenin oynağa inyeksiyası duzlaşmada bir müalicə seçənəyidir.
Diz oynağı mayesində artış varsa hialuron turşusu inyeksiyası öncəsi maye aspirasiya edilməlidir. Tək səfərlik və ya 3-5 səfərdə(həftəlik aralıqlarla) veriləbilən inyeksiya növləri mövcuddur. Bu preparatdakı hialuron turşusu konsentrasiyasına bağlıdır.
8. Fizioterapiya və reabilitasiya
Fizioterapiya və rehabilitasiyaFizioterapiya və rehabilitasiya duzlaşmanın erkən mərhələlərində və xüsusilə də diz qapağı altındakı duzlaşmalarda çox effektiv ola bilər. Daha ağır dərəcələrdə fizioterapiyanın təsiri azalır. Bəzən çox uzun müddətli fizioterapiyalar məsləhət görülür. Adətən 10 seansda heç bir irəliləmə yoxdursa və ya son 5 seansda ağrılarda azalma hissedilmirsə fizioterapiya sonlandırılır. Amma şikayətlərdə azalma olduğu müddətcə fizioterapiya davam etdirilir.
9. Duzlaşmada artroskopik cərrahiyyə
Dizdə yüngül və orta dərəcə duzlaşmalarda uğurlu nəticə əldə edilə bilən metoddur.Xüsusilə də diz qapağı altındakı duzlaşmalarda artrsokopik cərrahiyyə ilə çox yaxşı nəticələr əldə edilməkdədir.
Artroskopik cərrahiyyədə oynaq içinə dəlikdən yerləşdirilən kamera vasitəsilə görüntü monitora göndərilir.Digər kiçik dəlikdən oynaq içinə alətlər yerləşdirilərək əməliyyat həyata keçirilir. Artroskopiyada istifadə edilən alətlər qələm incəliyində olur.
Artroskopik cərrahiyyədə oynaq hərəkətlərini təmin edən sağalması çətin, ağrılı əzələ və kapsul kimi toxumalara toxunulmadığı üçün əməliyyat sonrası diz hərəkətləri ağrısız və rahatdır. Ayrıca əməliyyat yarası kiçik və qanama olmadığına görə sarğı edilməsinə ehtiyac qalmır.İnfeksiya riski də açıq cərrahiyyəyə görə azdır.
Artrsokopik cərrahiyyə yarım santimetrlik 2 kiçik dəlik vasitəsilə həyata keçirilir.
Dizində duzlaşması olan xəstələr bu xəstəlik üçün tətbiq edilən artroskopik cərrahiyyənin effektinin müvəqqəti olduğunu bilməlidirlər. Artroskopik cərrahiyyə sonrası 10 ildən artıq ağrısız həyat sürən yaşlılar olduğu halda, bəzi cavan xəstələrin heç yarar görmədiyi hallar rast gəlinmişdir. Artroskopik cərrahiyyə öncəsi bu mövzuda diz sahəsində təcrübəli ortoped-travmatoloqla məsləhətləşmək düzgün olardı.
10. Sümük yönləndirmə əməliyyatları
Gənclərdə və dizin iç yarısının daraldığı, bayır yarısının sağlam olduğu hallarda edilə bilən bir əməliyyatdır. Qamış sümüyünə edilən dərəcə dəyişdirmə əməliyyatı aşağı ətrafın yönünü bayır tərəfə yönləndirir. Belə olduqda xəstə yeriyərkən ağırlıq içdən bayır tərəfə yerdəyişdirdiyi üçün dizin sağlam bayır hissəsinə yük düşür. Bu əməliyyat sonrası xəstələrin böyük bir qismində 5-10 il rahatlama olur.
Açıq edilən bir əməliyyatdır. Sümüyə edilən fiksasiyaya görə əməliyyat sonrası müşahidə fərqlidir. Bu əməliyyatlarda daha çox lövhə və vint tətbiq edilir. Bəzi implantlarla əməliyyat sonrası gips sarğısı qoymağa gərək qalmır. Xəstələr ertəsi gün dizlik yardımı ilə ayağına qismi yük verərək gəzə bilərlər.
11. Diz protezi
Dərman, diz içi inyeksiya, fizioterapiyaya cavab verməyən, artsokopik və yönləndirmə əməliyyatlarından fayda görməyən xəstələrdə diz protezi əməliyyatı uyğun seçənəkdir.Protez deyərkən, diz oynağını əmələ gətirən üç sümüyün qığırdaq səthlərinin kəsilərək metal və plastik parçalarla örtülməsi başa düşülür. Müasir standartlara cavab verən yeni protezlər implantın ömrünü 20-25 ilə qədər uzatdığı üçün həyat standartları ciddi ölçüdə yüksəlmişdir. Buna baxmayaraq yaşı 55-i keçməyən xəstələrdə protez əməliyyatı öncəsi digər müalicə metodları tətbiq edilməyə çalışılmalıdır.55-65 yaş arası digər müalicələr faydalı ola bilər. 65 yaş üstündə xəstələrə protez rahatlıqla qoyula bilər.
Təbii yolla duzlaşmanın müalicəsi:
1 litr duru yağ dəmir qaba tökülür və qazda bir qədər isidiləndən sonra üzərinə 30 damcı yod, 2 xörək qaşığı bal, təxminən 200 qr aloy gülü (əzilərək sıxılan suyu) əlavə edilir.
2 təmiz 1 metrəlik tənzif götürülür və 8 qatlanaraq isti halda olan qarışığa batırılır və 3 dəfə dizə qoyulur, üzəri su keçirməyən materialla bağlanır. Maye soyuduqca, tənzif yenidən isladılır və dəyişdirilir. Bu prosedur 3 dəfə edildikdən sonra tənzif götürülür və xörək düzü qazda qızdırılaraq təmiz parça torbaya yerləşdirilib dizə qoyulur. Bu prosedur 3 saata yaxın təkrarlanır. Hər dəfə duz soyuyanda onu isidilmiş başqa düzla əvəz etmək lazımdır.
Axşam yatarkən diz qapaqları yun şalla bağlanılır. Mümkün qədər müalicə aldığınız müddətdə diz qapaqlarını isti saxlayın.
Müalicə müddəti 15 gündür. Hər gün mütəmadi olaraq bu prosesi davam etdirmək lazımdır
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət