Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dişləri necə sağlam saxlayaq?

Dişləri necə sağlam saxlayaq?
Sakura

Dişləri necə sağlam saxlayaq?

Dişlərin sərt olmağına baxmayın. Əslində, onlar bizim ən həssas bədən üzvlərimizdəndir. Eyni zamanda bu həssas üvzlər bütün orqanizmimizi min bir xəstəlikdən qoruyur. Bu mənada kimpriklərə bənzəyirlər.

İnsan dişi olmasa, o, yeməyi xırdalaya bilməz və mədənin işi ağırlaşar. Bundan başqa, yemək borusu, bağırsaqlar tez aradan çıxar. Qara ciyər aktiv şirə ifraz etməz və s.
Biz ünsiyyət vaxtı qarşımızdakı insanın dişlərinə diqqət edərik. Çünki ünsiyyət sözlədir. Sözlər isə ağızdan çıxır. Dişlərdə orada yerləşir. Qarşımızdakı adam güləndə və danışanda onun dişlərinin ağlığı və parlaması insanda ona qarşı müsbət təəssürat yaradır.
Ona görə də onların sağlam saxlanılması vacibdir.

Bəs diş sağlamlığına necə fikir verməliyik?

Mütəxəssislər deyir ki, dişlərin sağlamlığına lap kiçik yaşlardan fikir vermək lazımdır. Məlumat üçün deyək ki, ana südü ilə bəslənən körpələr böyüyən zaman onlarda diş xəstəlikləri az-az müşahidə olunur. Dişlərin vasitəsi ilə qoz-fındıq sındırmaq olmaz. Dişləri təmizləmək (fırçalamaq), yemək yeyəndən sonra ağzı yaxalamaq lazımdır. Unutmayın ki, ağızdakı bakteriyalar gündə iki dəfə çoxalırlar. Ona görə də gündə iki dəfə ağzı qarqara etmək məsləhətdir.
"Xırt-xırt" edən meyvə və tərəvəzlər (məsələn kök, alma) diş ərpinin yaranmasının qarşısını alır.

Təhlükə diş pastası da ola bilər

 

Dişlər o qədər stateji üzv sayılır ki, ona hücum hər bir tərfdən gəlir. Hətta ağardıcı diş məcunları da da təhlükə ola bilər. Dişdə aşındırmalara səbəb olar. Dükanlarda bəh-bəhlə aldığınız məcunlar, əslində, dişləri ağartmaz. Belə pastalarda aşındırıcı maddələr olur. Bu da diş minasını zədələyir.
Unutmayın ki, düm ağ rəngdə olan diş, əslində, normal diş deyil. Məsələn, əlinizə diqqətlə baxın. Orada xırda cızlar var. Onlar olmasa normal əl olmaz. Əslində, diş məcunlarından ifrat istifadə şiddətli ağartı verir. Diş üzərindəki təbii "ləkələri" aparır.

Bəs onda dişlərimizi fırçalamayaq?

Nəzərə alaq ki, biz dişlərimizi fırçalayanda əsas məqsədimiz onun üzərində olan mikro hissəcikləri yox etməkdir. Və bakteriyalardan ağzı təmizləməkdir.
Ona görə də saatlarla fırçanı ağızdan çıxarmamaq, yaxşı təmizlənsin deyə fırçanı bərk basmaq, bərk diş fırçalarından istifadə etmək olmaz. Diş fırçası 2-3, bəzən də 4 aydan bir dəyişilməlidir. Bundan başqa, fırçanızı çalışın yaxşıca yuyun. Hətta sabunla yumaq da olar. Çünki siz bundan əvvəl onunla diş fırçalamısınız və bakteriyalar onun tərkibində qalıb. Yeri gəlmişkən deyək ki, başqasının diş fırcasından istifadə etmək qəti qadağandır.
Dişləri gündə iki dəfə fırçalamaq lazımdır. Bunun üçün diş məcunundan iki noxud ölçüsündə istifadə məsləhət görülür. Fırçalama əməliyyatı bitdikdən sonra ağzınızı dərhal yuyun ki, pasta orada qalmasın.

 

Mənbə: Milli.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR