AzNews.az sağlam diş minasına, dişlərə və gözəl bir gülümsəməyə sahib olmaq üçün bu qidalardan uzaq durmağınızı tövsiyə edir.

Limonlu su

Son zamanlarda arıqlamağa kömək etdiyi üçün limonlu sudan çox adam istifadə edir. Limonun turşuluq dərəcəsi çox olduğu üçün diş minasına zərər verdiyini deyilir. Diş həkimləri limonlu su ilə birgə hansısa qidanın qəbul edilməsini məsləhət görür.

Südlü, kremli qəhvələr

Qəhvəni qədərində qəbul etmək sağlamlığımız üçün xeyirlidir. Amma dişlərimizi qorumaq istəyiriksə qəhvəni sadə içməliyik. Çünki, onun tərkibindəki əlavə süd və kremlər diş minasına zərər verir.

Fındıq

Fındığın dişlərinizdə ləkəyə səbəb ola biləcəyini bilirdinizmi? Təəssüf ki, bu, belədir. Çox az insan bilir ki, mürəkkəb və boya istehsalında fındıqdan istifadə olunur.

Quru meyvələr

Qurudulmuş meyvələr saqqız və karamel kimi yapışqan və şəkərli olduğuna görə dişlər üçün zərərlidir. Qurudulmuş meyvə qəbulundan sonra dişləri fırçalamaq mütləqdir.