Slimfit
  1. MARAQLI

Diş məcunu seçərkən bunlara diqqət edin - 5 amil

Diş məcunu seçərkən bunlara diqqət edin - 5 amil
Sakura

Diş məcunu seçərkən bunlara diqqət edin - 5 amil

Diş məcunu seçərkən bir sıra amillərə diqqət edilməlidir.

Əks halda dişlərinizə, o cümlədən də sağlamlığınıza zərər vura bilərsiniz.

Medicina.az sizə düzgün diş məcunu seçiminin qaydalarını açıqlayır:

1. Ftor tərkibli diş məcunu istifadə edin

Dişlərin üzərində olan mina təbəqəsi kristallardan ibarətdir. Bu kristalların adı hidroksiapatitdir. Bu bakteriyalar kristalların dağılmasına səbəb olaraq dişin mina təbəqəsini zədələyirlər. Ftor, hidroksiapatit kristallarına birləşərək florapatit əmələ gətirir ki, bu maddə bakteriyaların mina təbəqəsinə təsirini azaldır. Ftor maddəsi dişləri qüvvətləndirən və çürüməsinin qarşısını alan aktiv elementdir.

2. Dişləriniz həssasdırmı?

Dişin mina təbəqəsinin altında kanallardan ibarət dentin təbəqəsi yerləşir. Müxtəlif səbəblərdən üzə çıxan dentin təbəqəsi soyuq, isti, turş, şirin kimi qidalar səbəbindən qıcıqlanır və həssas olur. Buna görə də həsasiyyət problem yaşayan xəstələr diş məcunu seçimində diqqətli olmalıdırlar. Yaxşı olardı ki, çox nanəli və acı dadlı məcunlardan uzaq durasınız. Yaxşı olardı ki, həssas dişlər üçün nəzərdə tutulan məcunlardan istifadə edəsiniz. Onların tərkibində olan ionlar üzə çıxan dentin kanallarını qapayaraq həssaslığı aradan qaldırır.

3. Uşaqlar üçün məcun seçərkən diqqətli olun

Uşaqlara diş fırçalamaq vərdişini kiçik yaşlardan formalaşdırmaq lazımdır. Yaxşı olardı ki, özünüz dişlərinizi fırçalayaraq onlara nümunə olun. Uşaqlar dişlərini fırçalayan zaman məcunu uda bilərlər. Bu səbəbdən də onlara ftor səviyyəsi aşağı olan diş məcunları alın.

4. Çalışın ki, ağ rəngli diş məcunlarından istifadə edəsiniz

Damaqda olan hər hansı bir problem dişlər fırçalanarkən onların qanamasından məlum olur.  Rəngli diş məcunları isə qanın rəngini itirə bilər. Buna görə də problemdən vaxtında xəbərdar olmaq üçün ağ rəngli məcunlardan istifadə edin.

5. Ağardıcı məcunlara diqqət

Məcunun tərkibində olan hissəciklərin dişin səthini cızması onların zədələnməsinə səbəb ola bilər. Bu isə daha sonralar özünü çürümə kimi büruzə verəcəkdir. Buna görə də çalışın ki, tərkibində sərt hissəciklər olmayan məcunlardan istifadə edəsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR