Dərc edildi: Baxış sayı: 822
Diş “koronkaları” xərçəng yarada bilər
Dişlərin üzərinə qoyulan koronka qapaqlar və müxtəlif materiallardan protezlər və süni dişlər insanın ağız boşluğunda bədxassəli törəmələr yaranmasına səbəb ola bilər.
Medicina.az xəbər verir ki, bu açıqlamanı Seçenov adına İnstitutun stomatoloji kafedrasının direktoru İrina Makeeva verib.
O, bunu onunla əlaqələndirib ki, onların arasından elektrik enerjisi (tok) sızır. Eləcə də sınmış dişlərin selikli qişa və dili cızması, zədələməsi də bu təhlükəni yaradır.
Koronka və protez qoyanların elektron siqaret çəkməsi bu prosesi daha da sürətləndirə bilər.
Ağızın içində bədxassəliyə işarət edən əlamətlər hiperkeratoz adlanır, bunu həkim stomatoloqlar aşkarlamalıdır.
Onlar yumru və ya uzunsov, oiyə bənzər törəmələrdir.
O bildirib ki, 78% xəstələr artıq şiş baş və boyuna metastaz verəndə gəlir, bu zaman əməliyyat onları şikəst edir. Ona görə ağız boşluğunda istənilən yad törəmə, yara, xora görən şəxs dərhal həkimə müayinəyə getməlidir.
Yara, xora ağrıyırsa bunu diqqətdə saxlayın. Çünki sonradan ağrı dayandıqda, xəstə elə bilir ki, sağalma gedib, təhlükə yoxdur. Halbuki ağrı yoxdursa, deməli, o bədxassəliyə çevrilib və vəziyyət daha da qəlizləşib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət