Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Diş daşlarını aradan qaldıran möcüzəvi resept

Diş daşlarını aradan qaldıran möcüzəvi resept
Sakura

Diş daşlarını aradan qaldıran möcüzəvi resept

Qəhvəyi və ya sarı diş daşlarını ev şəraitində də yox etmək olar. Diş daşı çox yayılmış problemdir və müasir stomatologiya bunun aradan qaldırılması üçün bir çox üsullar təklif edir. Lakin bu problemi cibinizə qənaət etməklə ev şəraitində də yox edə bilərsiniz.

Medpress.az xarici mediaya istinadən bildirir ki, ağız boşluğunun xüsusi gigiyenası çox vacibdir. Əgər dişlərə vaxtında qulluq göstərilməsə, diş ərpi, iltihabi xəstəlik, periodontit infeksiyası inkişaf edə bilər. Periodontit infeksiyası zamanı diş nahiyəsində kəskin ağrılar olur, dişə toxunduqda bu ağrılar bir az da artır. Dodaq və yanaqlar şişir, damaq böyüyür, diş tərpənir. Bəzən damaqda, içindən irin çıxan dəlik aşkar olunur. Xoşbəxtlikdən, bu dəhşətli xəstəliyin profilaktikası üçün təbii vasitə mövcuddur!

Sizə diş daşını təmizləyən məhlulun reseptini təqdim edirik:

İnqrediyentlər:

40 qram qoz qabığı

1 stəkan su

Hazırlanması:

Qoz qabığını 20 dəqiqə ərzində suda qaynadın. Qarışığı süzüb soyumasını gözləyin. 10 dəqiqə diş fırçasını qoz həlimində isladıb dişləri diqqətlə təmizləyin. Bu proseduru diş daşı gedənə qədər gündə 3 dəfə təkrar etmək olar.

Nəticəni artıq 2 həftə sonra görəcəksiniz. Ən güclü antibakterial sayılan qoz qabığı mina səthini təmizləməyə kömək edir. Bu prosedur qan axması, damaq xəstəliyindən əziyyət çəkənlər üçün xüsusilə faydalıdır. O, iltihabı sürətlə yox edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR