Slimfit
Diş
Sakura

Diş — canlılarda ərzağın ilkin mexaniki emalı üçün orqanizmin bir hissəsi

Diş — canlılarda ərzağın ilkin mexaniki emalı üçün orqanizmin bir hissəsi. Heyvanlarda həmçinin müdafiə və hücum silahı. İnsanda danışıq instrumentlərindən biri və gülüş atributu kimi də istifadə edilir.

Dişin içərisində sinir sistemi və qan keçən xüsusi material vardır. Süd və daimi dişlər vardır. İnsanın 28 vacib və 4 vacib olmayan dişi olur. Daimi dişlərin 8 kəsici, 4 qaflan, 8 kiçik orta və 8-12 böyük orta dişləri olur. Körpə uşaqlarda 3 aydan başlayaraq 1 yaşına qədər süd dişləri çıxır. Uşaqlarda 6 yaşdan 12 yaşına qədər süd dişləri daimi dişlərlə əvəz edilməyə başlayır.

 

Dişin funksiyaları

Üzərilərinə düşən vəzifələrə görə dişlər 4 növə bölünürlər:

  • Kəsici dişlər — qabaq dişlər. Körpə uşaqlarda birinci meydana gəlir, yeməyi tutmaq və parçalamaq üçün nəzərdə tutulub ;
  • Qaflan ( köpək ) dişləri — konusvari dişlər, yeməyi tutmaq və daha tez parçalamaq üçün nəzərdə tutulub ;
  • Orta dişlər
  • Ağıl dişləri – sonda yerləşən dişlər, yeməyi sürtmək üçün nəzərdə tutulub.

 

Dişin inkişafı

  Papaq mərhələsi

  Zınqırov mərhələsi

  Sağlam diş

 

Ağız boşluğunun gigiyenası

Ağız boşluğunun gigiyenası dişlərin kariesinin, ginqvitinin, paradontozunun, ağızda pis iyin və digər stomatoloji xəstəliklərin qarşısını almaq üçün lazımdır. Ona gündəlik dişlərin təmizlənməsi və həkim tərəfindən xüsusi təmizlənmə daxildir.

Həkim tərəfindən diş ətrafında yaranan diş daşının (mineral çöküntü) mexaniki təmizlənir. Diş daşı hətta dişlərin gündəlik təmizlənməsi zamanı da meydana gəlir.

Körpə uşaqların dişlərinin təmizlənməsi üçün xüsusi dental salfetkalardan istifadə edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR