Slimfit
  1. AZƏRBAYCAN

Diri toyuq satışının qadağan edilməsi mümkün oacaqmı?

Diri toyuq satışının qadağan edilməsi mümkün oacaqmı?
Sakura

Diri toyuq satışının qadağan edilməsi mümkün oacaqmı?

"İmkan vermək lazımdır ki, normal gigiyenik şərtlərə uyğun olaraq, kəsim və satış aparılsın"


Bir müddət əvvəl Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə görüşü keçirilib. Görüş zamanı birgə bəyanat verilib. Və qeyd edilib ki, Agentlik tərəfindən müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində diri quşların nəqli və açıq satışının məhdudlaşdırılması, mövcud normativlərə əsasən nəmlik dərəcəsi və digər keyfiyyət göstəriciləri standartlara uyğun olmayan quş ətinin və yumurtanın idxalı və satışı məhdudlaşdırılacaq. Həmçinin tullantıların idarə edilməsi və zərərsizləşdirilməsi qaydalarına əməl etməyən quşçuluq təsərrüfatlarının fəaliyyətləri məhdudlaşdırılacaq. Ölkəyə idxal olunan quşçuluq məhsulları üzərində effektiv risk əsaslı nəzarət tədbirlərinin gücləndirilməsi həyata keçiriləcək.

Bu bəyanat da sahibkarlar tərəfindən birmənalı qarşılanmayıb. Sputnik Azərbaycan-a müraciət edən İbad Əliyevin sözlərinə görə, kənd yerlərində kiçik təsərrüfatla məşğul olan sahibkarlar çoxdur. Və onlar qazancını ancaq diri toyuqların satışından əldə edirlər: "Bizim kimi onlarla sahibkar var ki, 50-60 cücə saxlayır, bəsləyib satır, ailəsini dolandırır. Əgər diri toyuq satışına qadağa qoyulsa, bizim "çörək qapımız" bağlanacaq". 

"Bir də bilirsiniz ki, vətəndaşların çoxu məhsulun gözü qarşısında kəsilməsini arzulayır. Bunu "halal kəsim" kimi qəbul edirlər. Əgər qeyd edildiyi kimi qadağa qoyulsa, bilmirik nə edəcəyik" – deyə sahibkar narahatlığını dilə gətirib.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Sputnik Azərbaycan-a açıqlamasında məsələyə aydınlıq gətirməyə çalışıb. Ekspert bildirib ki, yeni yaranmış Agentlik Azərbaycan reallığını nəzərə almalıdır: "Bizim ənənələr var. Tutaq ki, kənd yerlərində yaşayan bir vətəndaş 100-ə yaxın cücə yetişdirir. Və onun elə imkanı yoxdur ki, cücələri xüsusi kəsim yerlərinə aparsın, orda kəssin, təmizləsin və satsın".

"Həmçinin alıcıların da çox hissəsi müsəlman adət-ənənələrinə uyğun olaraq istəyir ki, aldığı malı göz qarşısında kəsdirsin. Burada qanuna zidd və problem yaradacaq heç nə yoxdur. Və buna qadağa qoyula bilməz. İmkan vermək lazımdır ki, normal gigiyenik şərtlərə uyğun olaraq, kəsim və satış aparılsın" – deyə Məhərrəmov vurğulayıb. 

 

Ekspert qeyd edib ki, AQTA müxtəlif yerlərdə diri kəsimin qarşısının alınması istiqamətində işlər görür: "Qurum iddia edir ki, Azərbaycan bazarını Avropa standartlarına uyğun formaya salmağa çalışır. Müxtəlif bəhanələr gətirilir. Və bütün bu işlər əlavə xərclər tələb edir. Mənim fikrimcə, qəssab fəaliyyəti ilə məşğul olanlara icazə vermək lazımdır ki, məhsulları satdıqları yerdə kəsimlə də məşğul ola bilsinlər".

AQTA-nın mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son zamanlar KİV-də AQTA tərəfindən ölkəyə quş əti və yumurtanın idxal olunması, eyni zamanda diri quş satışının qadağan olunması ilə bağlı yanlış məlumatlar yer alıb. Yayılan bu cür məlumatlar reallıqdan uzaqdır və həqiqəti əks etdirmir: "AQTA sadəcə idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından ekspertizasını və bu sahədə dövlət nəzarətini həyata keçirir".





Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR