Slimfit
  1. AZƏRBAYCAN

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başa çatıb

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başa çatıb
Sakura

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başa çatıb

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başa çatıb. 

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, bu mərhələdə ümumilikdə 1411 nəfər iştirak edib. 

İmtahan iştirakçılarına təhsil qanunvericiliyindən 25, əmək qanunvericiliyindən 20, məntiqdən isə 15 test tapşırığı təqdim olunub. Namizədlər arasında Bakı şəhəri 117 nömrəli tam orta məktəbin tarix müəllimi Samir Əzimov 49 bal toplayaraq ən yüksək nəticəni əldə edib.

Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yer çıxarılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR