Slimfit
  1. MARAQLI

Diqqəti inkişaf etdirən 5 üsul

Diqqəti inkişaf etdirən 5 üsul
Sakura

Diqqəti inkişaf etdirən 5 üsul

Çətin və ya maraqsız bir işi həyata keçirmək məcburiyyətində qalan insanlar diqqət toplamağın nə qədər çətin olduğunu çox yaxşı bilir. Ancaq diqqəti artırmağı təmin edən bəzi elmi üsullar da mövcuddur ki, bununla işləriniz daha asan hala gələ bilər. Beləliklə, həmin üsulları təqdim edirik.

 

 

Fikir dağıtmaq

Gördüyünüz iş üzərində diqqət toplamaqda çətinlik çəkirsinizsə, beyninizdəki artıq fikirləri dağıtmaq üçün qısa müddətə başqa bir iş görməyə çalışın.

Psixoloqlar insanın zamanının təxminən 50%-ni gördüyü işdən əlavə fərqli şeylər düşünərək keçirdiyini söyləyir. Bu halda zehindəki əlavə fikirləri yox etmək beyinin bir işdə daha yaxşı işləməsinə yardımçı olur.

Vahid bir işə fokuslanmaq üçün beyinin bəzi bölgələrinin bir-birilə sıx bağlantı qurması vacibdir. Məsələn, beynin ön qismindəki qırışlardan əmələ gələn frontal korteks bölgəsi diqqət dağıdan şeylərə qarşı dirənmək və daha əyləncəli işlərlə məşğul olmaq üçün instinktlərimizə nəzarət etməyi təmin edir.

Bu bağlantıları işlək vəziyyətdə saxlamaq üçün beyinin aktiv olan qisimlərindən daha çox eneji istehsal etməsi tələb edilir. Ancaq məcburiyyət qarşısında qalıb gün ərzində bu enerjini xərcləyirik və təbii olaraq yoruluruq. Beləliklə, fikrimiz başqa sahələrə yönəlir və diqqətimiz dağılır.

Belə məcburi durumdan qaçmaq mümkünsüzdür. Ona görə də beynimizin istəyimizə uyğun olan şeyləri düşünməsini təxirə salmaqla diqqətimizi digər işlərə verə bilərik. Bununla da vacib, amma sıxıcı olan işimiz keyfiyyətli alınar.

Yekun olaraq, məşğul olduğunuz işdə diqqətiniz dağılırsa, beyninizi məşğul edən başqa bir işə keçin və onu həll etməyə çalışın. Sonra da vacib işinizə geri qayıdın.

 

Əyləncəyə zaman ayırmaq

İş yerində zarafat etmək məhsuldarlığı artırır. Gülməli və əyləncəli videolar izləmək və ya yoldaşlarla qısa söhbətlər etmək qısa fasilədən sonra işə geri qayıdarkən öz müsbət effektini göstərir.

Əyləncəli videoların və söhbətlərin diqqət dağıtması iddiası psixoloqlar tərəfindən təkzib edilib. Onlar bunun əksinə olaraq, əyləncəyə qısa müddətlik vaxt ayırmağın beyini işə davam etməyə hazırladığını bildiriblər.

İşinizi həddən artıq sevsəniz belə, çətin işə uzun müddət fokuslanmaq iradə tələb edir. İradə gücünü artırmağın bir yolu da gülməkdir. Aparılan araşdırmalar əyləncəli video izləyənlər üçün izləməyənlərə nisbətən çətin bir tapmacanı həll etməsinin daha asan olduğunu ortaya qoyub. Bu səbəbdən iş yerlərində daha zarafatcıl bir abu-hava yaratmaqla məhsuldarlığı və gümrahlığı təmin etmək mümkündür.

 

Səliqəli, yoxsa dağınıq?

Daha yaxşı konsentrasiya olmaq üçün diqqət dağıdan bütün xarici nəsnələrdən qurtulmaq kimi yanlış bir fikir vardır. Lakin başqa bir teorem bu iddianın əksini etməyi müfafiə edir. Yəni müəyyən bir çərçivədə olan dağınıqlıq diqqət toplamağa yardımçı ola bilər.

“Beyinin yükləmə teoremi” beynimizin xarici mühitdən mənimsədiyi nəsnələri alıb üzərində işləmək gücünün məhdud olduğunu sübut edib. Beyinin bu potensialı tükəndikdə diqqət sistemi araya girərək insanın nəyə konsentrə olacağına qərar verir. Yəni təmiz, səliqəli və səssiz mühitlə yanaşı, olduqca dağınıq mühitdə işləmək də effektiv ola bilər.

Lakin bu teoremi tətbiq edərkən diqqət dağıdan doğru faktorları tapmaq və enerjimizi israf etmə səviyyəsinə çıxarmamağa diqqət etmək lazımdır.

 

İşə ara vermək

İşiniz başınızdan aşanda fasilə vermək fikri ağlınızın ucundan belə keçməyə bilər. Lakin fasilələrlə işləmək daha çox və keyfiyyətli işin ortaya qoyulması üçün əla bir metod ola bilər. Önəmli olan nə zaman, nə qədər fasilə ilə işə ara verilməsi və fasilə zamanı nə etməyin faydalı olmasıdır.

Araşdırmalar normal insanın bir işə maksimum 90 dəqiqə diqqət ayıra biləcəyini ortaya qoyub. Bu müddətdən sonra 15 dəqiqəlik fasilə vermək vacibdir. Bununla yanaşı, bir neçə saniyəlik kiçik fasilələr belə dincəlmək və diqqət toplamaq üçün işə yaraya bilər. Lakin bu kiçik fasilələrdə pəncərədən baxmaq yerinə zehnin aritmetikasını inkişaf etdirəcək üsullara baş vurmaq lazımdır. Alternativ olaraq, bir fincan qəhvə ilə qanın kofein miqdarını artıra və enerjinizi bərpa edə bilərsiniz.

 

Özünü məcbur etməmək

Uzunmüddətli diqqət toplamaq yerinə, qısa fasilələrlə sürətli iş görmək həm sağlamlığınız və həm də işinizin keyfiyyəti üçün olduqca faydalı ola bilər. Uzun müddət eyni işlə məşğul olmaq daha çox səhv etməyə gətirib çıxara bilər. Buna görə də diqqəti toplamaq üçün beyini yükləmək və məcbur etmək yanlış metoddur.

 

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR