Dərc edildi: Baxış sayı: 694
Diqqət: Kartofu bu qaydada qızardın ki, xərçəngə tutulmayasınız!
Qızardılmış qidalar potensial kanserogen sayılır, yəni onlar insanda xərçəngə tutulmağın riskini artırır.
İnsan belə qidaları müntəzəm olaraq yeyirsə, bu xüsusilə təhlükəlidir. Böyük Britaniyanın Qida standartları agentliyi xəbər verir ki, bu üsulla hazırlanmış qidalarda olduqca ziyanlı akrilamid maddəsi əmələ gəlir ki, məhz bu akrilamid güclü kanserogenlərdən biri sayılır. Tünd qəhvəyi rəngdə olan qızardılmış kartof və ya çörəkdə akrilamidin miqdarı xüsusilə çox olur.
Lakin bütün xəbərdarlığa baxmayaraq insanlar qızardılmış qidalardan imtina etmir. Bu halda həkimlər riski azaltmaq məqsədi ilə kartofu və ya çörəyi qızılı rəng alana qədər qızartmağı tövsiyə edir. Təbii ki, hətta bu halda belə qidalar sağlamlıq üçün müəyyən risk yaradır və onları tez-tez yemək arzu edilmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət