Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

DİQQƏT! Bu sadə qaydalara əməl edənlər koronavirusa yoluxmur

DİQQƏT! Bu sadə qaydalara əməl edənlər koronavirusa yoluxmur
Sakura

DİQQƏT! Bu sadə qaydalara əməl edənlər koronavirusa yoluxmur

Çox sadə üsullarla koronavirusdan qorunmaq olar. Risk etmək daha ciddi fəsadlar törədə bilər.

"Ölkə.Az" xəbər verir ki, yeni növ koronavirus (COVID-19) ilk dəfə 2019-cu ilin son rübündə Çinin Vuhan şəhərində meydana çıxıb və 2020-ci ilə qədər 200-dən çox ölkədə yayılıb. Əvvəlki illərdə SARS-CoV və MERS-CoV kimi tanınan koronaviruslar, insandan heyvana ötürülə bilən zoonotik bir virusdur. İnsandan insana asanlıqla keçir. 40 mindən çox insan üzərində aparılan araşdırma zamanı bunlar qeydə alınıb:

81% yüngül simptomlarla keçirib,

14% -də ciddi simptomlar var,

5% ciddi xəstələnib.

Yuxarıdakı nisbətlər koronavirusa yoluxan şəxslər üzərində edilən araşdırmalar nəticəsində ortaya çıxıb. Virusdan ölənlərin sayı 1-2% civarındadır. Eyni zamanda, araşdırmalar göstərir ki, bu virusa 9 yaşdan kiçik uşaqlarda çox rast gəlinmir. 65 yaşdan yuxarı şəxslərdə ölüm riski daha yüksəkdir.

Koronavirüsten korunma yolları

Əksər ölkələrdə koronavirusla bağlı iaşə obyektləri, ictimai məkanlar bağlanıb. Karantin elan olunub.

Səhiyyə təşkilatlarının koronavirusdan qorunmaq üçün hazırladığı qaydalar aşağıdakılardır:

    1. Əllərinizi tez-tez sabun və su ilə azı 20 saniyə ovuşduraraq yuyun.
    2. Öskürmə və asqırma zamanı ağzınızı və burnunuzu dəsmalla örtün. Dəsmal yoxdursa, dirsəyinizdən istifadə edin.
    3. Əllərinizlə gözlərinizə, ağızınıza və burnunuza toxunmayın.
    4. Soyuqlama əlaməti olan insanlardan azı 3-4 addım kənar durun.
    5. Məcbur qalmadıqca xaricə getməyin. Səfərlərinizi ləğv edin ya da ertələyin.
    6. Xaricə gedibsinizsə, ölkəyə qayıdarkən ilk 14 günü evdə keçirdin, ziyarətçi qəbul etməyin, özünüzü təcrid edin. 
    7. Olduğunuz yeri tez-tez havalandırın.
    8. Tez-tez istifadə etdiyiniz yerləri təmizləyin (qapı cəftəsi, qurğular, ayaqyolu kimi yerlər).
    9.  Dəsmal, eynək, boşqab, əlcək, ülgüc, diş fırçası və s. ortaq istifadə etməyin.
    10. Paltarınızı 60-90 dərəcə aralığında normal yuyucu vasitə ilə yuyun.
    11. Əl sıxma və ya qucaqlaşmaq kimi yaxın təmasdan çəkinin.
    12. Soyuqdəymə əlamətləri varsa, yaşlılarla və xroniki xəstəlikləri olanlarla əlaqə saxlamayın və maska taxmadan çölə çıxmayın.
    13. Enməyən hərarət, öskürək və nəfəs darlığınız varsa, həkimə müraciət edin.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR