Slimfit
  1. İQTİSADİYYAT

“Diqlas”da yanmamış anbarlar açılıb

“Diqlas”da yanmamış anbarlar açılıb
Sakura

“Diqlas”da yanmamış anbarlar açılıb

“Diqlas” Ticarət Mərkəzində sahibkarların iştirakı ilə yanmamış anbarların açılmasına başlanılıb.

AzTV-nin “Günün nəbzi” verilişinə müsahibə verən iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, təhlükəsizlik qaydalarına riayət olunması üçün anbarlar açılmırdı:

“Binanın uçması ilə bağlı ehtimallar var idi. Hazırda sahibkarlar orada olan mallarına baxış keçirirlər və yararlı olan malları götürüb yeni mağazalara aparırlar”.

Nazir qeyd edib ki, 20 nəfər sahibkar artıq yeni yer seçib və tezliklə digər sahibkarlar da yeni satış yerlərində fəaliyyətə başlayacaq.

Qeyd edək ki, zərərçəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə səkkiz ticarət mərkəzində yer təklif olunub.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR