Dərc edildi: Baxış sayı: 280
"Diplomatlar Rusiya kəşfiyyatının mövcudluğunu azaltmaq üçün Almaniyadan çıxarılıb"
Almaniya Xarici İşlər Nazirliyi Rusiya diplomatlarının Almaniyadan çıxarılması qərarının ölkədə “xüsusi xidmət orqanlarının mövcudluğunun” azaldılması üçün verildiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın NTV telekanalı məlumat yayıb.
Bildirilib ki, rusiyalı diplomatların ölkədən çıxarılmasının məqsədi ölkədə “kəşfiyyatın mövcudluğunu” azaltmaqdır.
“Rusiya səfirliyinin əməkdaşlarının bugünkü gedişi də məhz bununla bağlıdır”, - telekanal nazirlik nümayəndəsinin sözlərindən sitat gətirib.
Qeyd edək ki, aprelin 22-də Berlin 20-dən çox rus diplomatı ölkədən çıxarıb. Moskva buna cavab olaraq 34 alman diplomatını ölkədən çıxarır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət