Slimfit
  1. DÜNYA

Diplomatik qalmaqal: Meksikanın Argentinadakı səfiri kitab oğurladı və geri çağırıldı

Diplomatik qalmaqal: Meksikanın Argentinadakı səfiri kitab oğurladı və geri çağırıldı
Sakura

Diplomatik qalmaqal: Meksikanın Argentinadakı səfiri kitab oğurladı və geri çağırıldı

Meksikanın Argentinadakı səfiri Oskar Rikardo Valero Buenos-Ayresdə mağazadan kitab oğurluğunda ittihamlarla əlaqədar ölkəsinə çağırılıb.
 
Bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin başçısı Marselo Ebrard özünün “Twitter” səhifəsində yazıb.
 
"Mən Etika komitəsindən məşhur mağazadan kitab oğurluğunda ittiham edilən Argentinadakı səfirlə bağlı hadisəni təhlil etməyi xahiş etdim. Hələlik mən ona evə qayıtmaq barədə göstəriş vermişəm", - deyə nazir yazıb.
 
“Ateneo” mağazasının müşahidə kameraları 76 yaşlı diplomatın Cakomo Kazanova haqqında kitabı qəzetə bükərək oğurlamağa çalışmasını qeydə alıblar. O, mühafizəçilər tərəfindən yaxalanıb və polisə aparılıb.
"Əgər videonun həqiqətə uyğunluğu təsdiq edilsə, o, dərhal vəzifədən kənarlaşdırılacaq", - Ebrard qeyd edib.
 
Valero cari ilin avqustunda Argentinada səfir kimi fəaliyyətə başlayıb. Onun dükandan çıxarmaq istədiyi kitabın qiyməti 750 pesodur (20 manat).  
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR