Dinlərarası harmoniyanın qorunması... - Prezident
Yüz illər boyu burada məskunlaşıb yaşayan hər kəs üçün doğma Vətən olan Azərbaycanda bu gün də müxtəlif etnik qrupların və etiqadların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar.
Axar.az xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrikində yer alıb.
Azərbaycan Prezidenti vurğulayıb ki, ölkəmizdə xalqlararası dostluğun və dinlərarası harmoniyanın qorunması, yüksək birgəyaşayış mədəniyyətinin və demokratik ictimai-mənəvi dəyərlərin təşviqi, qlobal miqyasda sivilizasiyalararası dialoqun təbliği mütərəqqi milli-tarixi ənənəyə əsaslanan dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət