Slimfit
  1. DİN

Dinimizin nəzərində yaddaşı gücləndirən və zəiflədən əməllər

Dinimizin nəzərində yaddaşı gücləndirən və zəiflədən əməllər
Sakura

Dinimizin nəzərində yaddaşı gücləndirən və zəiflədən əməllər

Hər bir insan istəyir ki, güclü hafizəyə malik olsun. Çünki güclü hafizə ona elmini artırmaqda və yeni məharətlər əldə etməkdə yardım edən ən mühüm silaha çevrilər.

dinimizin hafizəni gücləndirməklə bağlı tövsiyələri çoxdur. O cümlədən, nələrə əməl edib və nələrdən çəkinməyi bizə məsləhət görüblər ki, onlardan bəzisinə işarə edək.

Hafizəni gücləndirmək üçün əməl etməli olduqlarımız:

1. Quran tilavət etmək və əzbərləmək.

2. Çox yatmaqdan, çox yeməkdən və ağır yeməklər yeməkdən çəkinmək.

3. Hafizəni gücləndirən duaları oxumaq. O cümlədən: Həzrət Peyğəmbər (s) bu duanı İmam Əliyə (ə) təlim vermişdi ki, onu təkrar edərək hafizəsini gücləndirsin:

" سُبْحانَ مَنْ لا يَعْتَدي عَلي اَهلَ مَمْلَكَتِةِ، سُبْحانَ مَنْ لا
يَاْخُذُ اَهْلَ الْاَرضِ بِاَلْوانِ الْعَذابِ ، سُبْحانَ الرَّؤُفِ
الرَّحيمِ ، اللهُمَّ اجْعَلْ لي في قَلبيْ نُوراً و بَصَرَاً و فَهْماً
و عِلْماً ، اِنَّكَ عَلي كُلِّ شَيئٍ قَديرٌ

Həmçinin mütaliə zamanı bu zikri demək tövsiyə olunur:

" اَللّهُمَّ اَخْرِجْنى مِنْ ظُلُماتِ الْوَهْمِ وَ اَكْرِمْنى بِنُورِ
الْفَهْمِ اَللّهُمَّ افْتَحْ عَلَيْنا اَبْوابَ رَحْمَتِكَ وَانْشُرْ
عَلَيْنا خَزائِنَ عُلُومِكَ بِرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ

4. Dişləri misvak etmək.

5. Bal yemək.

6. Kündür və zəncəfil yemək (az miqdarda).

7. Kifayət qədər istirahət etmək.

8. Kifayət qədər gəzintiyə çıxmaq.

 

Hafizəni zəiflədən əməllər:

1. Günah etmək.

2. Turş şeyləri çox yemək.

3. Çoxlu gülmək.

4. Müəllimə hörmətsizlik etmək.

5. Pendiri çox yemək.

6. Dünya üçün çoxlu qəm yemək.

7. Qəbirlərin üzərindəki yazıları oxumaq.

8. Dara çəkilən insana tamaşa etmək.

9. Çoxlu su və maye içmək.

10. Yeməyi qaynar yemək.

11. Hafizədən az istifadə etmək.

 

Mənbə : deyerler.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR