Slimfit
  1. CƏMİYYƏT

Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlarla bağlı yeni qaydalar sonuncu oxunuşda təsdiqlənib

Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlarla bağlı yeni qaydalar sonuncu oxunuşda təsdiqlənib
Sakura

Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlarla bağlı yeni qaydalar sonuncu oxunuşda təsdiqlənib

Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejimin tələblərinin pozulmasına görə cərimələr və inzibati həbs müddəti artırılır.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında tərkibində narkotik və ya psixotrop maddələr olan dərman vasitələrinin dövriyyəsinin məhdudlaşdırılmasının pozulmasına görə fiziki şəxslər 200 manatdan 300 manatadək miqdarda (hazırda əlli manatdan səksən manatadək) cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə (hazırda 15 gün) inzibati həbs tətbiq olunur.

Vəzifəli şəxslər dörd yüz əlli manatdan yeddi yüz manatadək (hazırda 450 manatdan 650 manatadək) miqdarda, hüquqi şəxslər 2 min manatdan 3 min manatadək (hazırda 2 min manatdan 3 min manatadək) miqdarda cərimə ediləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR