Slimfit
  1. CƏMİYYƏT

DİN məlumat yaydı - Milli Məclisə hücum çəkənlər həbs edilib

DİN məlumat yaydı - Milli Məclisə hücum çəkənlər həbs edilib
Sakura

DİN məlumat yaydı - Milli Məclisə hücum çəkənlər həbs edilib

Bakıda orduya dəstək yürüşü zamanı ictimai qaydanı pozan bir qrup şəxs həbs olunub. Digərləri barədə də əməliyyat əməliyyat istintaq tədbirləri davam etdirilir.

Məlum olduğu kimi, iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verərək, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar. Aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər. Nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərlə yanaşı, mülki nəqliyyat vasitələrinə də ciddi ziyan vurulub.

Polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülən operativ tədbirlərlə ictimai asayiş bərpa edilib. Fakt üzrə başlayan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz hərəkətlər törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən olunub. Onlardan bir qrupu şübhəli şəxs qisimində istintaqa cəlb olunuraq, törətdikləri əməlləri sübuta yetirilməklə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə barələrində cinayət işi açılaraq, məhkəməyə göndərilib. Məhkəmənin müvafiq qərarları onların hər biri barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib.

Səbuhi Mustafayev - təqsirləndirilən şəxs

Hirsləndim getdim avtobusa yumruq atdım, aşmış polis maşnına təpik atdım. Bu əməlimdən çox peşmanam. Çox böyükk səhf eləmişəm.

İlkin Əliyev - təqsirləndirilən şəxs

Şəhidlər xiyabanına yürüş zamanı polis maşnın ön buffer hissəsini qopartmışam. Etdiyim əmələ görə peşmanam.

Elçin Məmmədov - təqsirləndirilən şəxs

Mənə məlum olmayan bir adam çağrış etdi, mən də getdim girdim mm lisə. Gərəg girməməydim.

Asif Yusifli - təqsirləndirilən şəxs

MM giriblər başqa təxribatçı hərəkətlər olub. Təbii ki, mən bu addımları, təxribatçı əməlləri bəyənmirəm pisləyirəm.

Seymur Əhmədov - təqsirləndirilən şəxs

Orduya dəstək yürüşündə orda törədilən təxribatçıların törətdiyi təzribata görə, bir vətəndaş oalraq təssüflənirəm. və peşmançılıq hissi keçirirəm.

Şəmsi Rəhimli - təqsirləndirilən şəxs

Müxtəlif insanların çağrışı ilə MM binasına daxil oldum orda dağıntı törətdidim. Və etdiyim əmələ görə azərbaycan xalqndan üzr istəyirəm.

Hazırda qanunsuz hərəkətlərə yol verən şəxslər ətrafında əməliyyat axtarışş, əməliyyat istintaq tədbirləri davam etdirilir.

Mənbə: Atv.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR