Slimfit
  1. CƏMİYYƏT

DİN itlərin kütləvi şəkildə öldürülməsini araşdırır

DİN itlərin kütləvi şəkildə öldürülməsini araşdırır
Sakura

DİN itlərin kütləvi şəkildə öldürülməsini araşdırır

Xaçmaz rayonunda sığınacaqda saxlanılan itlər kütləvi şəkildə tələf olub.

Bunu “Qafqazinfo”ya açıqlamasında həmin sığınacağın sahibi Nailə Rüstəmli bildirib. O deyib ki, 15 it iki gün əvvəl sığınacağın həyətində gəzib, axşamdan isə onlarda zəhərlənmə əlamətləri aşkar olunub: “Kütləvi şəkildə komaya düşürdülər. Ümumi 15 it zəhərlənib, 11-i ölüb. 4-ü müalicə olunur. Amma ayağa dura bilmirlər, müqavimətləri yerində deyil, ağrı çəkirlər.

Bunu edənin kim olduğunu dəqiq bilmirik. Amma şübhələndiyimiz 2-3 nəfər var. Hansı ki, birincisi qonşu bağın sahibi, Xaçmazda vəzifəli bir şəxsdir. Dəfələrlə mənə hədə-qorxu gəlib, bir dəfə işçisi itlərimizə güllə atıb. Ən çox şübhə etdiyim odur”.

N.Rüstəmli bildirib ki, sağ qalan itlər müalicə üçün Bakıya gətirilib və onlardan nümunələr götürülərək analiz verilib: “Nəticələr hamısı aşağı dərəcəli oldu. Həkim dedi ki, bu tramadol, ya da digər psixotrop dərman verəndə belə olur. Yəni itlərin dərmanla zəhərləndiyi təsdiqləndi”.

N.Rüstəmli hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə də məlumat verib: “Dünən günorta qaynar xəttə şikayət etdim, iki saat sonra Xaçmaz rayon Polis Şöbəsindən əməkdaşlar gəlib izahat aldı”.

Nazirliyin Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, müraciətlə bağlı şikayətçinin izahatı alınıb və itlərin ölümü faktı üzərində araşdırmalara başlanılıb: “Əgər araşdırma nəticəsində itlərin kim və ya kimlərsə tərəfindən qəsdən öldürüldüyü aşkar olunarsa, həmin şəxs cinayət məsuliyyətinə cəlb ediləcək”.

Murad Əhməd




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR