Slimfit
  1. CƏMİYYƏT

DİN-in idarə rəisi koronavirusdan öldü

DİN-in idarə rəisi koronavirusdan öldü
Sakura

DİN-in idarə rəisi koronavirusdan öldü

Ens.az xəbər verir ki,Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat İmtahan İdarəsinin rəisi, polkovnik İlham Rəcəbov dünyasını dəyişib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, İlham Rəcəbov bir neçə gün əvvəl müalicə üçün Türkiyəyə aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, rəis müavini təxminən bir ay əvvəl koronovirusa yoluxmuşdu. Müalicəsi Azərbaycanda davam etsə də vəziyyəti pisləşdiyi üçün Türkiyəyə aparılmışdı. 

Xatırladaq ki, İlham Rəcəbov təxminən bir il əvvəl Baş Dövlət Yol Polisi İdarəsində rəis müavini təyin olunmuşdu. Daha əvvəl isə Texniki şöbənin rəisi vəzifəsində çalışırdı. 

Onu da bildirək ki, polkovnik İlham Rəcəbov Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin kürəkəni idi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR