Slimfit
  1. AZƏRBAYCAN

DİN-in büdcədən maliyyələşən qurumlarının xüsusi rütbəli əməkdaşlarının maaşlarının məbləğləri təsdiqlənib

DİN-in büdcədən maliyyələşən qurumlarının xüsusi rütbəli əməkdaşlarının maaşlarının məbləğləri təsdiqlənib
Sakura

DİN-in büdcədən maliyyələşən qurumlarının xüsusi rütbəli əməkdaşlarının maaşlarının məbləğləri təsdiqlənib

Nazirlər Kabineti Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşların xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” 2016-cı il 3 mart tarixli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” 2016-cı il 3 mart tarixli qərarda dəyişikliklər edilməsi barədə” Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 17 aprel tarixli, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, xüsusi rütbəsi olan əməkdaşlara ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləğinin, habelə əməkdaşların xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” 2008-ci il 12 avqust tarixli qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Daxiliİşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarında dəyişiklik edilməsi  və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” 2016-cı il 3 mart tarixli qərarında dəyişikliklər edilməsi barədə” 2016-cı il 5 oktyabr tarixli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 17 aprel tarixli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 22 aprel tarixli qərarın ləğv edilməsi haqqında qərar imzalayıb.

"Report" xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiqlənib. 

Qərarla həmçinin Daxili İşlər Nazirliyinin (DİN) dövlət büdcəsindən maliyyələşən qurumlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri, DİN dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğləri təsdiq olunub.

Maliyyə Nazirliyinə Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə əlaqədar cari ilin sonunadək tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2019-cu ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirmək, Daxili İşlər, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, bu Qərarın əlavəsində nəzərdə tutulmayan vəzifələr üzrə aylıq vəzifə (tarif) maaşlarını müəyyən etmək tapşırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aylıq pul təminatının artımı ilə əlaqədar olaraq bu Qərarın 1-ci hissəsində göstərilən xüsusi rütbəsi olan əməkdaşların əmək pensiyalarının qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən hesablanmasını və “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli Qanunu ilə bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etməlidir.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin büdcədən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərini müəyyən etmək tapşırılıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR