Slimfit
  1. İDMAN

DİN Formula 1 yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısını açıqlayıb

DİN Formula 1 yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısını açıqlayıb
Sakura

DİN Formula 1 yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısını açıqlayıb

Ens.Az-ın məlumatına əsasən,Daxili İşlər Nazirliyi (DİN) Bakıda təşkil olunan “Formula 1 Qatar Airways Azərbaycan Qran Pri 2024” yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ictimai asayişə potensial zərər və zədə gətirə biləcək əşyaların yarışlar zamanı azarkeş zonasına, yarışların keçirildiyi məkana gətirilməsi qadağandır.

Həmçinin:

- Heyvanlar (fiziki məhdudiyyətli insanlara yardım göstərən xidməti heyvanlar istisna olmaqla);

- Spirtli içkilər, su qabları və hər növ içki qablaşdırmaları (qadağa uşaq üçün olanlara aid deyil);

- Qidalar və içkilər (qadağa uşaq üçün olanlara aid deyil);

- Odlu silah, soyuq silah və digər qeyri-döyüş silah oxşarları, fişənglər, alovlandırıcılar;

- Lazer işıqları, rolik, skeytbord, seqvey, velosiped, skuter;

- Oturacağın altına yerləşməyən iri əşyalar, oturacaqlar və əyləşmək üçün digər ləvazimatlar (fiziki məhdudiyyətlilər istisna olmaqla);

- Dronlar və digər uçan cihazlar;

- Meqafon və buna oxşar cihazlar daxil olmaqla səs gücləndiriciləri və musiqi alətləri;

- Soyuducu qutular, piknik üçün səbətlər;

- Provokativ rəmzlər və şəkillər, dini, siyasi ifadələr və şüarlar, təhqiredici banerlər və əşyalar;

- İri əşyalar və bel çantaları;

- Tutacağı 1 metrdən uzun olan bayraqlar və çətirlər;

- Peşəkar video çəkən cihazlar və obyektivi 30 sm-dən uzun olan fotokameralar yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyalar siyahısına daxildir.

Qeyd edək ki, bu gün Bakının sayca səkkizinci dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-Prisinə start veriləcək. Yarışın ilk günündə Formula 1 və Formula 2 üzrə sərbəst yürüş və sıralama turu təşkil olunacaq. Sentyabrın 14-də Formula 1 üzrə sərbəst yürüş və sıralama turu, Formula 2 üzrə sprint yarışı keçiriləcək. Nəhayət sonuncu gün - ayın 15-də əsas yarış baş tutacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR