Slimfit
  1. SİYASƏT

DİN-ə yeni səlahiyyət verildi - Koronavirusla bağlı

DİN-ə yeni səlahiyyət verildi - Koronavirusla bağlı
Sakura

DİN-ə yeni səlahiyyət verildi - Koronavirusla bağlı

Daxili İşlər Nazirliyinə (DİN) yeni səlahiyyət verilib. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 17 mart tarixli 27-VIQD nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb. Qanuna əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Fərmana əsasən, bu sahədə inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi baxacaq.

Mənbə: yeniavaz.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR