Dərc edildi: Baxış sayı: 826
DİN-dən səsvermə ilə bağlı sərbəst toplaşma XƏBƏRDARLIĞI
"Səsvermədən sonra sərbəst toplaşma üçün normalara riayət etməyən qruplaşmaların qarşısı alınacaq".
Ens.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının Dairə Seçki Komissiyalarının sədrləri üçün keçirilən müşavirədə daxili işlər nazirinin müavini Oqtay Kərimov deyib.
O bildirib ki, mühüm tədbirin keçirilməsində Daxili İşlər Nazirliyi (DİN) öz üzərinə düşən vəzifələri böyük məsuliyyətlə həyata keçirəcək:
"DİN orqanlarının əməkdaşlarının xidməti fəaliyyət zamanı kobud davranışlara yol verməmələri, şəxslərlə ünsiyyət zamanı nöqsanlardan yayınmaları üçün zəruri tapşırıqlar veriləcək".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət