Dərc edildi: Baxış sayı: 556
DİN-dən qadağa: Bu ərazilərdə avtobus saxlamayacaq
Sentyabrın 16-dan etibarən Sumqayıt şəhərindən paytaxta və əks istiqamətdə hərəkət edən avtobus və mikroavtobusların sürücülərinə Alatava (“Şamaxı yolu” adlanan ərazi), 20 Yanvar və 3-cü mikrorayon dairəsi yaxınlığında saxlayaraq, sərnişin düşürüb-mindirilmələrinə icazə verilməyəcək.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova qeyd edib.
O bildirib ki, bu qadağa Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin göstərişi ilə tətbiq edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət