Slimfit
  1. CƏMİYYƏT

DİN-dən müharibə veteranının iddialarına cavab: "Qanunsuz olaraq əlavə preparat istəyib"

DİN-dən müharibə veteranının iddialarına cavab: "Qanunsuz olaraq əlavə preparat istəyib"
Sakura

DİN-dən müharibə veteranının iddialarına cavab: "Qanunsuz olaraq əlavə preparat istəyib"

"Saatlı rayon sakini, veteran, l qrup fiziki məhdudiyyətli Həsən Mehtiyevin təzyiqə məruz qalması iddiaları əsassızdır, barəsində olan ittihamlardan yayınmaq məqsədindən irəli gəlir".

Ens.Az-ın məlumatına əsasən,Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a bildirilib ki, H.Mehtiyev avqustun 25-də saat 21:30-da qardaşı Elgün Mehtiyevlə birlikdə Mərkəzi Rayon Xəstəxanasının Təcili Yardım şöbəsində uca səslə qurumun əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib və ona qanunsuz olaraq əlavə preparat verilməsini tələb edib:

"Həmin gün xidmətdə olan qadın növbətçi həkim ona tələb etdiyi xüsusi preparatın normadan artıq olduğunu və onun həyatı üçün təhlükə yarada biləcəyini qeyd edib. Bununla razılaşmayan H.Mehtiyev təkrarən təhqirlər səsləndirib, əlində olan mobil telefonla həkimin sifətinə, qardaşı isə baş nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vuraraq xəsarət yetiriblər.

Daha sonra H.Mehtiyevin valideynləri də oraya gələrək xəstəxananın əməkdaşlarına qarşı nalayiq ifadələr səsləndirərək onları təhqir ediblər.

H.Mehtiyevin törətdiyi xuliqanlıq hərəkətlərinə görə barəsində başlanan cinayət işi üzrə araşdırmalar aparılır, ailə üzvləri barəsində isə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Törədilən xuliqanlıq hərəkətlərinin əks olunduğu görüntülər və digər maddi sübutlar istintaqa təqdim edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR