Slimfit
  1. CƏMİYYƏT

DİN-dən Bakını tərk etmək üçün torpaq yola çıxan sürücülərlə bağlı AÇIQLAMA

DİN-dən Bakını tərk etmək üçün torpaq yola çıxan sürücülərlə bağlı AÇIQLAMA
Sakura

DİN-dən Bakını tərk etmək üçün torpaq yola çıxan sürücülərlə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Bakıdan rayona getmək üçün torpaq yoldan istifadə edən sürücülərlə bağlı yayılan videoya aydınlıq gətirib.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, bu yola əl atan 50-yə yaxın nəqliyyat vasitəsinin sürücüsü növbəti postda saxlanılıb və onlarla bağlı tədbir görülüb:

“Ötən gün həqiqətən də belə hal baş verib. Bəzi sürücülər Bakıdan çıxmağa cəhd ediblər, amma nəqliyyat vasitələrinin hamısı qarşıdakı postda saxlanılıb və bir-bir yoxlanılıb. Bunların içində icazəsi olmadan Bakı, Sumqayıt, Abşeron rayonlarında qeydiyyatda olan şəxslərin hamısı məsuliyyətə cəlb olunub və geri qaytarılıblar, amma icazəsi olanlar, sadəcə sıxlıq baxımından torpaq yola çıxanlar xəbərdar olunublar ki, nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmayan yerlərdən istifadə etmək olmaz”.  

Sözügedən məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov da “Qafqazinfo”ya açıqlamaverib. Nazirlik rəsmisi bunları deyib:  

“Həmin nəqliyyat vasitələri növbəti postda polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən saxlanılıb. Bakını tərk etməyə icazəsi olmayan sürücülərə, şəxslərə qarşı inzibati qaydada protokol tərtib olunub və onlar Bakıya qaytarılıb. Bakıdan çıxışına icazəsi olanlar isə xəbərdarlıq edilib”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR