Slimfit
  1. CƏMİYYƏT

DİN-dən “Aşura” mərasimi ilə bağlı AÇIQLAMA

DİN-dən “Aşura” mərasimi ilə bağlı AÇIQLAMA
Sakura

DİN-dən “Aşura” mərasimi ilə bağlı AÇIQLAMA

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə  2020-ci il sentyabr ayının 30-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.

Ens.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu il Aşura mərasimi də xüsusi karantin rejimi dövrünə təsadüf etdiyindən vətəndaşlarımız məsələyə anlayışla yanaşaraq, Operativ Qərargah tərəfindən müəyyən edilmiş məhdudiyyətlərə bütövlükdə əməl ediblər. Yalnız bir neçə şəhər və rayonda insanların yoluxma riskini dəfələrlə artıran toplaşmağa cəhdlər qeydə alınıbr ki, görülmüş tədbirlərlə həmin pozuntuların qarşısı alınıb.

"Bununla belə, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müvafiq qadağaların məhz Aşura günündə dini mərasimlərin keçirilməsinə imkan verilməməsi ilə əlaqələndirməyə cəhdlər edilib.

Bü cür məlumatların yanlış olduğunu xüsusi vurğulayaraq, eləcə də insanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək bildiririk ki, xüsusi karantin rejimi dövründə istənilən toplantının, hətta Silahlı Qüvvələrə dəstək xarakterli kütləvi aksiyanın keçirilməsi də yolverilməzdir. Tətbiq olunan məhdudiyyətlərin yeganə məqsədi isə – əhalinin sağlamlığının müdafiəsidir.  

Bir daha vətəndaşlarımızı koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni unutmamağa, bu sahədə  böyük və gərgin səylər bahasına əldə olunmuş müsbət nəticələri qorumağa, o cümlədən özünütəcrid qaydalarına riayət etməyə, sosial məsafəni gözləməyə, nəfəs yollarını qoruyan vasitələrdən daim istifadə etməyə çağırırıq", - deyə məlumatda qeyd olunub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR