Slimfit
  1. CƏMİYYƏT

DİN-dən 16 yaşlı qızın 32 yaşlı oğlanla nikahsız yaşaması məsələsinə REAKSİYA - VİDEO

DİN-dən 16 yaşlı qızın 32 yaşlı oğlanla nikahsız yaşaması məsələsinə REAKSİYA - VİDEO
Sakura

DİN-dən 16 yaşlı qızın 32 yaşlı oğlanla nikahsız yaşaması məsələsinə REAKSİYA - VİDEO

Mingəçevirdə 32 yaşlı Ruslanın 16 yaşlı Yeganə ilə nikahsız yaşaması ilə bağlı məlumat sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  sosial şəbəkələrdə cütlüyün yaş fərqinə görə valideynləri də qınanıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, rəsmi nikah olmadan toy edərək birlikdə yaşayan Ruslan Məsiyev və 2007-ci il təvəllüdlü şəxs Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət ediliblər:

“Onlarla profilaktik iş aparılıb. Müəyyən olunub ki, onlar ötən il dekabr ayında könüllü olaraq ailə qurublar, məcburetmə halı yoxdur. Onlara izah verilib ki, yaşa görə qanunla icra hakimiyyətinin müvafiq qərarı ilə nikah tezləşdirilə bilər. Yaxın günlərdə onun 17 yaşı tamam olduğuna görə rəsmi nikah bağlanılacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR