Slimfit
  1. CƏMİYYƏT

DİN ceyran ovçuları ilə bağlı məlumat yaydı

DİN ceyran ovçuları ilə bağlı məlumat yaydı
Sakura

DİN ceyran ovçuları ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Şirvan Milli Parkında bir baş ceyran ovlamaqda şübhəli bilinən şəxslərlə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Salyan RPŞ-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdikləri tədbir zamanı Şirvan Milli Parkında bir baş ceyran ovlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırma nəticəsində bu cinayəti törədənlərin rayon sakinləri N.Həsənov, İ.Məmmədzadə və R.Əsədov olduğu müəyyən edilib. Onlardan 1 baş ovlanmış ceyran, 1ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi və 1ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.

Saxlanılan şəxslər istintaqa təhvil verilmiş, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR