Dərc edildi: Baxış sayı: 452
DİN bu qurumun maşınlarını hərraca çıxardı
Daxili İşlər Nazirliyi istifadəsiz qalan Maddi-Texniki Təminat Baş İdarəsinə tabe olan Avtomobil Təsərrüfatının maşınlarını hərraca çıxarıb.
Axar.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi 12 noyabr tarixində bu məqsədlə açıq aukion təşkil edəcək.
Hərraca ümumilikdə 4 avtomobil təqdim edilib. Onlardan ən yüksək qiymətə təqdim ediləni “Mersedes Benz E500” markalı avtomobildir. Bu avtomobil üçün müəyyən edilən ilkin satış qiyməti 10 000 manatdır.
Bundan başqa, BMV 320 markalı avtomobil 8000, “FİAT Doblo” 3500, “QAZ-31105” avtomobili isə 2200 manata satışa təqdim edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət