Slimfit
  1. CƏMİYYƏT

DİN: Azərbaycan Ordusu ilə bacara bilməyən düşmən yaşayış məntəqələrimizi və mülki obyektləri hədəf seçir

DİN: Azərbaycan Ordusu ilə bacara bilməyən düşmən yaşayış məntəqələrimizi və mülki obyektləri hədəf seçir
Sakura

DİN: Azərbaycan Ordusu ilə bacara bilməyən düşmən yaşayış məntəqələrimizi və mülki obyektləri hədəf seçir

Cəbhə bölgəsindən gələn məlumatlara görə, düşmən tərəfindən atılan mərmilərdən biri Tərtər şəhərinin mərkəzində yerləşən rayon polis şöbəsinin inzibati binasının həyətinə düşüb. Bu zaman dağıntı və insan tələfatı olubmu?

Ens.az xəbər verir ki,Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hərbi qüvvələrimizlə bacara bilməyən düşmən yaşayış məntəqələrimizi və mülki obyektləri hədəf seçir. Bu gün saat 12 radələrində düşmən tərəfindən atılan mərmilərdən biri Tərtər Rayon Polis Şöbəsinin inzibati binasının həyətinə düşüb. Zərbə o qədər güclü olub ki, mərminin qəlpələri inzibati binanın dəhlizlərinə qədər daxil olub. Xoşbəxtlikdən insan tələfatı, xəsarət alan olmasa da, binaya ciddi maddi ziyan dəyib.

Bu bir daha onu göstərir ki, döyüş meydanında ağır zərbələr alan düşmən cəbhədən xeyli aralıda olan yaşayış məntəqələrimizi, orada yaşayan mülki əhalini hədəf seçməkdə davam edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR