DİN 12 yaşında nişanlanan qızın durumunu nəzarətdə saxlayacaq
Sabirabad rayonunda 12 yaşlı yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq.
Ens.az-ın məlumatına əsasən,bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. Araşdırmalar zamanı qızın 12 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət