Slimfit
  1. AZƏRBAYCAN

DİM ümumi təhsil müəssisələri rəhbərlərinə müraciət edib

DİM ümumi təhsil müəssisələri rəhbərlərinə müraciət edib
Sakura

DİM ümumi təhsil müəssisələri rəhbərlərinə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019-cu il mart ayı ərzində keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının I mərhələsinin və aprelin 7-də keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri elan olunub.

DİM-dən "Report"a verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytında öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.

Artıq ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri də “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil olmaqla məktəbdə təhsil alan və buraxılış imtahanı verən şagirdlərin imtahan nəticələrinə (elan olunmuş) baxa bilərlər. Şagirdlərin imtahan nəticələrinin təhlili gələcəkdə məktəblərin göstəricilərinin daha da yaxşılaşdırılması üçün faydalı ola bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR