Slimfit
  1. CƏMİYYƏT

DİM sədrindən imkansız ailələrin tələbə olan övladları ilə bağlı açıqlama

DİM sədrindən imkansız ailələrin tələbə olan övladları ilə bağlı açıqlama
Sakura

DİM sədrindən imkansız ailələrin tələbə olan övladları ilə bağlı açıqlama

"Gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyən edilə bilər".

Ens.az "Report"-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, hələlik DIM-də həmin şəxslərin sayı barədə məlumat yoxdur: "Biz ərizələri qəbul edən zaman abituriyentin FİN kodu vasitəsilə kimliyini yoxlayırıq". 

M.Abbaszadə deyib ki, qəbul imtahanlarında ödənişli qəbul olunanların bir qisminin ödənişi dövlət hesabına həyata keçiriləcək: "Bu, həmişə olub, amma bu ildən sosial baxımdan həssas əhali qrupuna aid edilənlərə də şamil olacaq. Həmin ailələrin övladları sənədlərini hazırlamalı və ali təhsil müəssisəsinə təqdim etməlidir. Bu zaman onların təhsil haqqı dövlət hesabına ödəniləcək".

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR