DİM sədri son iki il ərzində müsabiqəyə buraxılan abituriyentlərin sayını açıqlayıb
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2019 və 2020-ci illər ərzində müsabiqəyə buraxılan abituriyentlərin sayını açıqlayıb.
Ens.az Apa.az-a istinadən xəbər verir ki,M. Abbaszadə bildirib ki, ötən il I qrupda 27 927 imtahan iştirakçısından 15 943-ü müsabiqəyə buraxılıb.
Onun sözlərinə görə, bu il isə 28 242 imtahan iştirakçısından 15 373-ü müsabiqəyə buraxılıb: “II qrupda ötən il 15 992 imtahan iştirakçısından 10 364-ü, bu il 13 023 imtahan iştirakçısından 7 682-si müsabiqəyə buraxılıb. III qrupda ötən il 21 554 imtahan iştirakçısından 17 530-u, bu il isə 21 410 iştirakçıdan 17 964-ü müsabiqəyə buraxılıb. IV qrupda ötən il 5 071 imtahan iştirakçısından 4 169-u, bu il isə 4 787 iştirakçıdan 3 757-si müsabiqəyə buraxılıb”.
M. Abbaszadə qeyd edib ki, ayrılan plan yerlərinin müsabiqəsində abituriyentlərlə yanaşı subbakalavrlar da iştirak edir: “Bu nəzərə alınaraq hər ixtisas qrupu üzrə müsabiqəyə buraxılanların ümumi sayı belədir: I ixtisas qrupunda ümumi plan yeri 14 924, abituriyent sayı 15 373, subbakalavr 5 179; II qrupda plan yeri 13 800, abituriyent sayı 7 682, subbakalavr sayı 5 240; III qrupda plan yeri 12 286, abituriyent sayı 17 964, subbakalavr sayı 2 853; IV qrupda plan yeri 4 100, abituriyent sayı 3 757, subbakalavr sayı 1 609 olub. Qəbul planı ötən illə müqayisədə 1,77 faiz artıb”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət