Dərc edildi: Baxış sayı: 364
"Bu gün dövlət qulluğunda yüksək vəzifələrə sənəd verənlər yoxdur"

Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti" mövzusunda keçirilən konfransda çıxışında deyib.
O bildirib ki, rəhbər vəzifələr üçün tələblər, iş stajı qoyulub. Nəticədə ümumi stajı 11 ildir, rəhbər vəzifədə 7 il olan adam imtahana gəlmir, lakin işləyir. "Gənc vəzifəyə gələ bilməz. Müəyyən staj tələb olunmayan yerlərə stajı olmayan şəxslər gələ bilər. Sektor müdirindən aşağı vəzifələrə staj tələb olunmur. Ali məktəb məzunları hər il bu imtahanlarda iştirak edib, iş qazana bilər. Gənclər üçün dövlət qulluğunda karyeranı başlamaq vacib istiqamətdir".
DİM rəhbəri qeyd edib ki, dövlət qulluğuna qəbulla bağlı proses istənilən səviyyədə çevik olmur, elə də səmərə vermir: "2018-ci ildə dövlət qulluğunda 17 min ştat vahidi var. Biz gözləyirik ki, imtahanlarda çoxlu iştirakçı olacaq. İmtahanın test mərhələsində iştirak edənlərin sayı 110 mindir. Sertifikat alanların sayı təxminən 4 minə yaxındır. Müsabiqədə iştirak edənlərin sayı sertifikat alanların sayından çoxdur. Çünki sertifikat alan bir şəxs müxtəlif müsabiqələrdə iştirak edə bilər. Müsahibə üçün qeydiyyatdan keçənlərin sayı isə həddindən artıq çoxdur. Çünki bir adam 25 yerə müsahibəyə yazılır, 3 yerə gəlir, qalanına yox. Buna bizim resurslarımız gedir, məsuliyyətsiz yanaşma var. Uğurla müsahibədən keçınlərin sayı isə sertifikat alanların təxminən 1/3-dir. Dövlət qulluğuna qəbul olanların sayı təxminən 600 nəfərdir. Beləliklə, sertifikat alaraq müsabiqədən keçən 1200-dən çox insanın yarısı dövlət reyesterinə dövlət qulluqçusu kimi daxil olunub".

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət