Slimfit
  1. TƏHSİL VƏ KARYERA

DİM göstərdiyi xidmətlərin qiymətləri ilə bağlı Tarif Şurasına müraciət edəcək

DİM göstərdiyi xidmətlərin qiymətləri ilə bağlı Tarif Şurasına müraciət edəcək
Sakura

DİM göstərdiyi xidmətlərin qiymətləri ilə bağlı Tarif Şurasına müraciət edəcək

“Tarif Şurasının 2017-ci il 23 may tarixli 5 nömrəli qərarı ilə dövlət qulluğuna qəbul məqsədilə keçirilən test imtahanlarında iştirakla bağlı tariflər təsdiq edilərkən qiymətlərdə əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmamışdı. Həmin müddətdən bu vaxtadək DİM göstərdiyi xidmətlərin ƏDV-dən azad olunması ilə bağlı aidiyyəti qurumlarla yazışmalar aparırdı. Son nəticədə müvafiq qanunvericiliyə əsasən, təhsil xidmətləri ƏDV-dən azad olundu, dövlət qulluğu ilə bağlı imtahan qiymətlərinə isə ƏDV tətbiq edildi”.

Bunu APA-ya müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, növbəti tədris ilində DİM Tarif Şurasına müraciət edəcək: “Çünki imtahanların modeli dəyişib. Hazırda xərclərimiz fərqlidir. Bizim indiyə qədər topladığımız müəyyən qeyri-maddi resurslarımız var idi, onların qiymətləndirilməsi də aparılıb və saytımıza yerləşdirilib. Həmin qeyri-maddi resurslar – test tapşırıqları, müxtəlif proqramlar və s. istifadə olunub. Biz müvafiq hesablamalar aparıb yenidən Tarif Şurasına müraciət edəcəyik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR