Dərc edildi: Baxış sayı: 603
DİM əməkdaşlarını təyyarə ilə Naxçıvana göndərir - RƏSMİ
“Bir həftədən sonra Naxçıvanda buraxılış imtahanları keçiriləcək”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, bunun üçün DİM-in şəxsi heyəti oraya getməlidir:
“Bunun üçün təyyarə sifariş verilib”.
“Xüsusi karantin rejimi tətbiq olunmayan digər rayonlarda da imtahan keçirmək nəzərdə tutulub. Bilirsiniz ki, vəziyyət hər gün dəyişir, ola bilsin, hansısa başqa rayonda da sərt karantin rejimi tətbiq olunsun. Biz qərarları qəbul edən vaxt operativ qərargahdan icazə alırıq”, - DİM sədri vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət